Ayın görünməyən tərəfi | FOTOLAR

   Ayın görünməyən tərəfi    | FOTOLAR
  08 Aprel 2026    Oxunub:3338
NASA Ayın görünməyən tərəfinin "#Artemis II" missiyası tərəfindən çəkilən fotolarını dərc edib.

Fotolarda Ayın üfüqündə Yer Kürəsi də görünür.



Qeyd edək ki, Ayın ətrafında uçuş təxminən yeddi saat davam edib.

Astronavtlar Ayın görünməyən tərəfini əvvəlki “Apollo” missiyalarından daha yüksək nöqtədən araşdırıblar. Onlar, həmçinin Ay səthinə düşən meteoritləri müşahidə edib və Günəşin Ayın arxasında gizləndiyi, tacının göründüyü unikal nöqtədən tutulmanı izləyiblər.



Uçuş zamanı kraterlərin, yamacların və digər geoloji strukturların ölçüsü, forması və rəngi sənədləşdirilib.


“Artemis II” missiyası çərçivəsində dörd astronavtı daşıyan ABŞ-ın “Orion” kosmik gəmisi hazırda Yerə qayıdır.



“Orion” kosmik gəmisinin aprelin 10-da Sakit okeana enməsi planlaşdırılır.


Teqlər: Artemis   NASA   Ay  



Xəbər lenti